“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Kərimova Samirə Hüseyn qızı

Doğum tarixi

1970: anadan olmuşdur.


Təhsil

1989–1995: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Karyera

1987: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlayıb.

2007–2008: “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

2015–2018: Eyni qəzetdə şöbə redaktoru olub. Hazırda müxbir kimi fəaliyyətini davam etdirir.

2005: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (indiki Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) “Azərbaycan müəllimi” qəzeti redaksiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.


Təltifləri

5 oktyabr 2000: Azərbaycan Jurnalistlər Həmkarlar İttifaqları İctimai Birliyi (Azər KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və ədəbi-publisistik yaradıcılıq uğurlarına görə “Xan qızı Natəvan” mükafatına layiq görülüb.

18 iyul 200815 iyul 2015: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülüb.

19 may 2015: Təhsil Nazirliyinin sertifikatını alıb.

29 iyul 2024: Milli Mətbuat Günü münasibətilə və elm və təhsil sahəsində aparılan islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyətinə görə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla təltif olunub.

20062007: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.

22 yanvar 2018: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həmkarlar ittifaqında xidmətlərinə görə “AHİK-in 25 illik Yubiley döş nişanı” ilə təltif edilib.

2021: Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.


Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Xarici dillər

İngilis

Rus

Türk